Azərbaycancaaz
Mir.az » Resept » Damaqlar Şənlənsin : Sobada Sütlaç Resepti

Damaqlar Şənlənsin : Sobada Sütlaç Resepti

91
asan resept,asan yemək resept,sadə resept
835 calories, 8 grams fat
Damaqlar Şənlənsin : Sobada Sütlaç Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Türk mətbəxinin ənənəvi desertlərindən biri olan sütlaç, yüngül olduğu qədər də asan hazırlanan bir ləzzətdir. Südlə düyünün qarışması nəticəsində ortaya çıxan bu dadlı deserti isti və soyuq halda süfrəyə verə bilərsiniz. Mir.az damaqda xoş bir dad buraxan sobada sütlaçın hazırlanma qaydasını təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:

  • 5 stəkan süd
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan qaynadılmış düyü
  • 1 ədəd yumurta sarısı
  • 1,5 xörək qaşığı buğda nişastası
  • 1 litr su
  • 1 ədəd çubuq vanil (istəyə görə vanil tozu)
  • Üzəri üçün:
  • Yaşıl fıstıq
  • Xırda doğranmış fındıq

Hazırlanma qaydası:

Soyuq südü və şəkər tozunu geniş bir qazana tökün. Bir tel çırpıcıyla şəkər tozu əriyənə qədər qarışdırdıqdan sonra zəif ocaqda qaynamağa qoyun.
Bol suda yuduğunuz düyüləri ayrı bir qazanda, zəif odda suyunu çəkənə qədər qaynadın. Vanil çubuğunu ortadan ikiyə kəsib, iti bir bıçaq ucu köməyi ilə nüvə qisimlərini qazıyın.
Şəkər tozu əridikdə südü əlavə edib 1-2 dəqiqə qaynadın və düyüləri əlavə edin. Arabir qarışdıraraq bişirməyə davam edin.
Yumurta sarısı, buğda nişastası və suyu bir qabda hamar bir hal alana qədər qarışdırın. Yumurta sarısının kəsilməməsi üçün zəif qaynamaqda olan süd qarışığından götürüb nişastalı qarışığı ilıdın. Hazırladığınız yumurta sarılı qarışığı qazana az-az qatıb sürətlicə qarışdırın.
Sütlaç hazır olduqda oda davamlı porsiyonluq güvəç qablarına bərabər ölçüdə paylayın.
Sütlaçlı güvəçləri dərin bir soba sinisinə aralıqlarla düzüb, qabların yarısına gələcək qədər soyuq su tökün və 200 dərəcə qızdırılmış sobada bişirin.
Sobadan çıxartdığınız sütlaçları otaq istiliyində soyutduqdan sonra soyuducuya yerləşdirin. Soyuyan sütlaçların üzərinə zövqə yaşıl fıstıq və fındıqla bəzəyib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz