Azərbaycancaaz
Mir.az » Resept » Mərciməkli Bulqur Plovu resepti

Mərciməkli Bulqur Plovu resepti

78
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Mərciməkli Bulqur Plovu resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Düyü ilə yaşıl mərciməkdən alınan ləzzətli bir dad. Eminəm ki , cox bəyənəcəksiz. Hazırlamağa dəyər.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

1/2 stəkan yaşıl mərcimək
1 stəkan bulgur
2 stəkan isti su (düyü üçün)
1 xörək qaşığı kərə yağı
1/2 çay qaşığı duz

Üzəri üçün:
2 xörək qaşığı zeytun yağı
2 ədəd kiçik soğan ( adətən qırmızı soğan )
1 çay qaşığı qırmızı bibər tozu
1 xörək qaşığı nar şərab

Hazırlanma qaydası:

Yaşıl mərciməkləri qaynadıb ,suyunu süzüb kənara qoyun.
Bulquru kərə yağında 2 dəqiqə qızardıb üzərinə qaynar su və duz əlavə edib bişirin.Təxminən aşağı istilikdə 35-45 dəqiqə bişəcək.
Suyunu çəkməyə yaxın mərciməkləri də içinə atıb suyu çəkilənə qədər bişirin.Bişdikdən sonra ocağı söndürüb dəmlənməyə qoyun.
Düyünü süfrəyə verərkən üzərinə qoyacağınız qızardılmış soğanları hazırlamaq üçün soğanları incə doğrayıb zeytun yağı ilə tavaya qoyun.Soğanlar yumşaldıqda qırmızı bibər tozunu və nar şərabı əlavə edib qarışdırın və karamelizə olanda ocağı söndürün.
Boşqaba düyü çəkib üzərinə soğan əlavə edib isti halda sersiz edin.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz