Azərbaycancaaz
Mir.az » Resept » Pambıq Kimi Yumşaq : Soba Torbasında Toyuq resepti

Pambıq Kimi Yumşaq : Soba Torbasında Toyuq resepti

248
asan resept,asan yemək resept,sadə resept
345 calories, 3 grams fat
Pambıq Kimi Yumşaq : Soba Torbasında Toyuq resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Hey ! Toyuq sevərlər , sizə səslənirəm. Toyuq budlarını yumşaq , sulu -sulu yemək istəyirsiz ?
O zaman xüsusi soba torbaları ( böyük marketlərdən əldə edə bilərsiz) alıb toyuq budlarını tərəvəzlərlə birlikdə sobaya atıb yeyə bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN

3 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

45 dəqiqə

Tərkibi:

6 ədəd toyuq budu
2 ədəd orta ölçü kartof
1 ədəd böyük ölçü kök

Marina etmək üçün:
3 xörək qaşığı qatıq
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı qara istiot
1 çay qaşığı qırmızı bibər tozu
1 çay qaşığı kəklikotu
1 çay qaşığı duz
1/2 çay fincanı zeytun yağı

Hazırlanma qaydası:

Toyuq budlarının ( istəyə bağlı olaraq )dərisini çıxarın. Bir qabda sous üçün bütün inqrediyentləri qarışdırın.Budları sousa batırıb üzərini örtüb 1 saat saxlayın.
Kartofu dilim şəklində, kökü isə halqa şəklində doğrayın. Soba torbasına bir çay qaşığı un qoyub hər tərəfə keçməsi üçün silkələyin. Budları torbaya qoyub içərisinə kartof və kökü əlavə edin. Ağzını möhkəm bağlayıb torbaya diş çubuğu ilə bir neçə yerdən deşik atın.
Soba qabına qoyduğunuz torbanı əvvəlcədən isidilmiş 200 dərəcə sobada təxminən 1 saat bişirin.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz