Türk Üsulu Yeni İl Plovu Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
İlin ən gözəl günü artıq yaxınlaşır. Pis günləri geridə qoyub , bütün gözəllikləri yanımıza almağın vaxtıdır. Ona görə süfrələr açılsın , yeməklər , şirniyyatlar bişirilsin ,sevdiyimiz bütün insanlar ətrafımızda olsun. Bu yeməklərin ən gözəllərindən biri də plovdur. Sizində süfrələrinizin bəzəyi həmin günü dadlı , tərərvəzli, badamlı plov olsun.

NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
25 dəqiqəTərkibi:
1 ədəd kök1 ədəd soğan
Yarım stəkan badam
2 stəkan düyü
2 xörək qaşığı duru yağ
2 xörək qaşığı kərə yağı
1 xörək qaşığı qarağat (ilıq suda isladılmış)
1 çay qaşığı duz
1/2 çay qaşığı darçın
1 çay qaşığı qara istiot
1 çay qaşığı sarı kök
Cəfəri ( servis üçün )
Hazırlanma qaydası:
Əvvəlcədən islatdığınız düyünü yuyun. Qarağatı5 dəqiqə qaynar suda isladın.
Əvvəlcə badamları bir az qızardıb kənara qoyun.
Sonra soğanı və kökü qovurun. Üzərinə düyünü əlavə edib qovurmağa davam edin.
Sarı kök və darçın əlavə edib 2,5 stəkan qaynar su töküb ilk beş dəqiqə qapağı ümumiyyətlə açmayın.
Qaynamağa başlayanda qapağı açıb süzdüyünüz badam və qarağatı əlavə edin. Yavaşca qarışdırıb yenidən qapağı bağlayıb dəm almağa qoyun.
İncə doğranmış cəfəri ilə servis edin.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz