Azərbaycancaaz
Mir.az » Resept » Ən Ləzzətli Halı: Xırtıldayan Toyuğun Döş Əti Resepti

Ən Ləzzətli Halı: Xırtıldayan Toyuğun Döş Əti Resepti

79
asan resept,asan yemək resept,sadə resept
415 calories, 4 grams fat
Ən Ləzzətli Halı: Xırtıldayan Toyuğun Döş Əti Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Toyuğun döş əti haqqında bütün sözləri ümumiləşdirək... Nə duzlu, nə də yumşaq dadı var... Bu resept sizi toyuğun döş ətinə aşiq edəcək.
İncə doğranmış döş əti ədviyyatlanır və çörək qırıntıları ilə ləzzətinə ləzzət qatır. Təsadüfi deyil ki ,hər zaman toyuğun budu, qanadı qızardılıb, döş əti isə kənarda qalıb.Bu reseptlə döş əti dəyərini ən azı 4-5 dəfə artırmağı hədəfləyir. Sizdə mütləq hazırlayın. Dadına doya bilməyəcəksiz.
Əgər toyuq ətinin daha yumşaq olmasını istəyirsinizsə, bişmədən və marinatlamadan 1 saat əvvəl yarım şüşə qazlı su əlavə edib soyuducuda saxlayın.
İstəsəniz 180 dərəcədə sobada 15 dəqiqə bişirə də bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

2 ədəd toyuğun döş əti
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
2 dilim çörək qırıntısı
2 ədəd yumurta
1 çay qaşığı qırmızı toz bibər

Qızartmaq üçün:
4 stəkan duru yağ

Hazırlanma qaydası:

Dairəvi formada kəsilmiş toyuğun döş ətini soyuducu torbasına qoyub ədviyyatları da içərisinə atın.
Torbanı bağlayıb silkələyin və yaxşı qarışdırın.
Çörək qırıntılarını və yumurtanı çalıb ayrı ayrı qablara qoyun.
Toyuqları əvvəlcə yumurtaya, sonra çörək qırıntılarına batırıb hər iki tərəfinı qızdırılmış yağda qızardıb servis edə bilərsiz.



NUŞ OLSUN?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz