Azərbaycancaaz
Mir.az » Resept » Sobada Soslu Toyuq Resepti

Sobada Soslu Toyuq Resepti

48
asan resept,asan yemək resept,sadə resept
3-430 calories, 3-4 grams fat
Sobada Soslu Toyuq Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Toyuq yeməyi resepti.
Bu yeməyi hazırladığım gün yeni bir bilgi öyrəndim. Aşağı qeyd edəcəm.

Souslu toyuq sobada bir başqa dadlı olur. Amma nədənsə kartofu gördüm gec bişir.

NEÇƏ NƏFƏR ÜÇÜN

3-4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • Toyuq tikələri
  • 3-4 ədəd kartof
  • 2 ədəd soğan
  • 2 pomidor
  • 2 yaşıl bibər
  • 2 ədəd kök
  • 2-3 diş sarımsaq
  • duz, istiot, paprika

    Sous üçün:
  • 1,5 yemək qaşığı tomat
  • 2 yemək qaşığı qatıq
  • 0,5 stəkan duru yağı
  • Duz, istiot, paprika
  • 1,5 kəklikotu

Hazırlanma qaydası:

  • Əvvəlcə sousu hazırlayıb toyuq ətlərini içinə əlavə edib qarışdırırıq. Minimum yarım saat marinədə saxlanılır.
  • Tərəvəzləri doğrayıb soba qabına töküb üzərinə yağ səpib qarışdırırıq
  • Toyuq ətini tərəvəzlərin arasına düzüb, sousu fırçayla hər tərəfinə tətbiq edirik
  • Öncədən 180 dərəcədə isitdiyimiz sobada üzü nar kimi qızarana qədər bişiririk.

    Amma nəzərə alın ki, pomidor kartofu tez bişməyə qoymayacaq. Mən sonradan bildim)
    Növbəti dəfə kartofu ayrı bişirib əlavə edəcəm))





Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz