Azərbaycancaaz
Mir.az » Resept » Tez hazırlanan Brokoli Şorbası Resepti

Tez hazırlanan Brokoli Şorbası Resepti

97
asan resept,asan yemək resept,sadə resept
315 calories, 3 grams fat
Tez hazırlanan Brokoli Şorbası Resepti

Yemək Haqqında:

Amerika mətbəxindən Şorba resepti.
Diqqət! Bu şorba asılılıq yaradır?

Faydası da çoxdur dadı da həm fərqli həm də ləzzətlidir.
Xüsusən də uşaqlar üçün əla vitamin deposudur??

NEÇƏ NƏFƏR ÜÇÜN

3 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 300-400 qr brokoli
  • 1 ədəd kartof
  • 1 ədəd soğan
  • 1 ədəd kök
  • qaymar su (üzünə çıxana qədər)
  • 2 y/q kərə yağı
  • 1 y/q un
  • 2 st süd
  • 4-5 y/q qaymaq (krem)
  • duz, istiot

Hazırlanma qaydası:

▫️ Qazana doğranmış tərəvəzləri əlavə edib, üzünə çıxana qədər qaynar su töküb bişməyə qoyuruq.
▫️ Digər qazanda kərə yağında 3-4 dəqiqə unu qovurub üzərinə 2 st süd əlavə edib qarışdıraraq qaynamağını gözləyək
▫️ Yumşalmış tərəvəzləri və tərəvəz suyunu qaynayan südün içinə tökək
▫️ Blenderla tərəvəzləri tam əzirik, üzərinə krem qaymaq, duz, istiot əlavə edib 5 dəqiqə vam odda bişirək.
▫️ Servis edərkən üzərinə qaymaqla bəzək edə bilərsiniz. Nuş olsun!

? Xüsusən də payızda immun sistemimiz aşağı düşür. Uşaqlı böyüklü bol vitaminli qidalanaq?



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz