Çıtır , çıtır : Sobada Qazlı Suya Yatırılmış Börək Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Mütləq hər kəsin sevimli bir börəyi vardır. Hələ birdə bol pendirli , cəfərili olarsa , dadına doymaq olmaz. İndiysə , asan və ləzzətli börək resepti istəyirsiz ? Onda sizə ela bir resept verim. Pambıq kimi qabarmış , qatları tək - tək ayrılan ,içi yumşaq , üstü çıtır - çıtır olan bir börəyimiz var. Buyurub hazırlaya bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN
12 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
2 yağlı xəmir1/2 stəkan kərə yağı (ərimiş)
450 qram kəsmik
1/2 dəstə cəfəri
1,5 dadsız qazlı su
1 ədəd yumurta (sarısı)
1 çay qaşığı küncüt
1 çay qaşığı qara zirə ( çörək otu )
Hazırlanma qaydası:
Xəmiri masanın üstünə qoyub üzərinə ərinmiş kərə yağı çəkib ,yenidən o biri xəmiri qoyub yağlama prosesinə davam edin.
İkiqat xəmiri 12 bərabər üçbucaqlı hissəyə bölün.
Hər üçbucağın enli yerinə kəsmik və cəfəri əlavə edib kənarlarından rulon kimi bükün.
Bütün kəsilib bükülmüş börəkləri qazlı su tökülmüş qabın içinə düzüb 10 dəqiqə gözləyin.
Börəkləri qazlı sudan çıxarıb yüngülcə sıxın və onları yağlı kağız sərilmiş soba qabına qoyun.Üzərinə yumurta sarısı sürtüb ,küncüt və qara zirə səpdikdən sonra sobada 180 dərəcədə 30 dəqiqə bişirin.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz