Azərbaycancaaz
Mir.az » Resept » Yeni İl Ağacı ( Yolka ) Keksi Resepti

Yeni İl Ağacı ( Yolka ) Keksi Resepti

618
asan resept,asan yemək resept,sadə resept
640 calories, 6 grams fat
Yeni İl Ağacı ( Yolka ) Keksi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Yeni il yaxınlaşır. Sizdə süfrələrinizi dadlı , ləzzətli , asan hazırlanan yeni il ağası formasında bişirdiyiniz kekslərlə bəzəyin. Bihuş edici qoxusu ilə hər kəsi heyran edecek.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

3 ədəd yumurta
1/2 stəkan üzüm bəkməzi
1/2 stəkan şəkər tozu
1 stəkan süd
1 stəkan duru yağ
1/2stəkan kişmiş
1/2 stəkan qoz ləpəsi
1 paket qabartma tozu
1 çay qaşığı darçın
1 çay qaşığı toz zəncəfil
1 paket vanil
3 - 3,5 stəkan un

Sous üçün:
1 paket ağ şokolad
1/2 paket qaymaq

Hazırlanma qaydası:

Əvvəlcə yumurta və şəkər tozunu yaxşıca çalın. Sonra maye inqrediyentləri əlavə edib orta dərəcədə mikserlə çalmağa davam edin.
Un, qabartma tozu, vanil, darçın və zəncəfil əlavə edin.
Sonda qoz və üzümləri bir xörək qaşığı unla qarışdırıb qarışığa əlavə edin.(Unla qarışdırdığınız zaman tortun hər tərəfinə bərabər paylanmasını təmin edəcəksiniz, əks halda dibinə çökə bilər.)
Soba qabını yağlayıb keks xəmirini tökün. Əvvəlcədən isidilmiş 180 dərəcə sobada orta hesabla 45-50 dəqiqə bişirin.İlk yarım saat sobanı açmayın, sonra diş çubuğu ilə bişib bişməməsini yoxlayın.
Sous üçün yarım paket qaymağı qazana töküb ocağın üzərinə qoyum.Qaynama nöqtəsinə çatmamış ocağı söndürün və ağ şokoladı əlavə edin. Şokolad əriyənə qədər qarışdırın.
Soyudulmuş keksin üzərinə yavaş bir şəkildə tökün.
Üzərini istədiyiniz şəkildə , yeni il ab - havasında bəzəyə bilərsiz.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz