Ləzzəti Sousunda: Mayonezli Toyuq Salatı Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Salat resepti.
Hər kəsin evində demək olar ki , hər zaman mayonezli salatlar hazırlanır. Və dadlı olmağla yanaşı hər kəs tərəfindən cox sevilir. Sevilən salatlar sırasına artıq biri də qatılır. Ləzzətli sousu ilə damaqlarda dad buraxan mayonezli toyuq salatı.

NEÇƏ NƏFƏR ÜÇÜN
3 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
3 stəkan su450 qram toyuğun döş əti
1 ədəd konservləşdirilmiş qarğıdalı
1 diş sarımsaq
5 xörək qaşığı qatıq
1 xörək qaşığı mayonez
10-12 ədəd qoz ləpəsi
1 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot
Hazırlanma qaydası:
Toyuqları orta ölçülü bir qazana qoyub üzərinə su əlavə edib 15-20 dəqiqə qaynadın.
Qaynadılmış toyuq ətini bir qaba qoyub soyumasını gözləyin. Soyuduqdan sonra xırda doğrayın.
Bir qaba 1 diş sarımsağı qoyub əzin. Qarğıdalıları və doğranmış toyuğu sarımsağa əlavə edin.
Bu qarışıma mayonez, ədviyyat və qatıq əlavə edib yaxşıca qarışdırın.
Qozları xırda-xırda doğrayıb son əlavə olaraq toyuq salatınıza əlavə edin.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz