Azərbaycancaaz
Mir.az » Resept » Görünüşü İştah Açar: Üçrəngli Brokoli Salatı Resepti

Görünüşü İştah Açar: Üçrəngli Brokoli Salatı Resepti

20
asan resept,asan yemək resept,sadə resept
610 calories, 6 grams fat
Görünüşü İştah Açar: Üçrəngli Brokoli Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Sabah qonağınız var və bu gündən yeməkləri hazırlayıb işinizi yüngülləşdirmək istəyirsiniz? Uzaqdan sanki salat hazırlamaq istədiyinizi eşidirik. Hələ hansı salatı hazırlamağa qərar verməmisinizsə, ləzzətli görünüşü və dadı ilə sizin üçün əla salat reseptimiz var. Mir.az üçrəngli brokoli salatı reseptini hazırlamağı təklif edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

  • 2 stəkan qatıq
  • 2 diş sarımsaq
  • 2 çay qaşığı mayonez
  • 1 çay qaşığı duz
  • 1 stəkan xırda vermişel
  • 2 stəkan su
  • 4 xörək qaşığı zeytun yağı
  • 3 ədəd kök
  • 1 ədəd orta ölçü brokoli
  • 1 çay qaşığı duz
  • 2 xörək qaşığı konservləşdirilmiş qarğıdalı
  • 1/2 dəstə cəfəri

Hazırlanma qaydası:

Qatıq, sarımsaq, mayonez və duzu bir qaba töküb qarışdırın.
Vermişelləri qazana atıb, üzərinə su töküb qaynadın.
Kökü sürtgəcdən keçirin.
Tavaya zeytun yağı töküb kökü qızardın.
Brokolini qaynadın.
Qaynadıqdan sonra qaba qoyub üzərinə duz əlavə edib əzin və qatıq töküb qarışdırın.
Qızardılmış və soyudulmuş kökün üzərinə də qatıq əlavə edib qarışdırın.
Qaynamış vermişeli süzüb bir qaba qoyun və üzərinə konservləşdirilmiş qarğıdalı, qatıq və doğranmış cəfəri əlavə edib qarışdırın.
Süfrəyə verəcəyiniz qabı streç sellofanlayıb üzərinə hazırladığınız brokoli, kök və vermişel qarışımlarını sırasıyla əlavə edin və üzərini yenidən streç sellofanla örtüb 1 saat soyuducuda saxlayın. Soyuducudan çıxardıqdan sonra üzərini şüyüd və pomidorla bəzəyib, dilimləyib süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz