Çayın salamı var : Limonlu Keks Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Limonlu keks özünəməxsus qoxusu ilə , aroması ilə ən çox hazırlanan kekslərdəndir. 10 dəqiqədə sobaya verilməsi ilə dəvətsiz qonağlarınız üçün əla seçimdir.
Böyükdən kiçiyə hər kəsin sevəcəyi , yumşaqlığı və ləzzəti hər kəsi bihuş edəcək bir keks resepti.

NEÇƏ NƏFƏR ÜÇÜN
10 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
40 dəqiqəTərkibi:
4 ədəd yumurta1 stəkan şəkər tozu
1 ədəd limon qabığı( rəndələnmiş )
2 xörək qaşığ limon suyu
1/2 stəkan duru yağ
1 stəkan süd
3 stəkan un
1 paket vanil
1 paket qabartma tozu
1 çimdik duz
Hazırlanma qaydası:
Yumurta və şəkər tozunu mikserlə çalın.
Ardıcıl olaraq süd, duru yağ və limon suyunu əlavə edib 2 dəqiqə daha çalın.
Ələnmiş un, qabartma tozu, vanil və rəndələnmiş limon qabığını əlavə edib qarışdırın.
Yağlanmış keks qabına xəmiri töküb spatula ilə hamarlayın ki, bərabər qalxsın.Hazırladığınız limonlu keksi əvvəlcədən isidilmiş 170 dərəcə sobada 40 dəqiqə bişirin.
Keks soyuduqdan sonra qabından çıxarıb dilimləyərək süfrəyə verin.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz