Azərbaycancaaz
Mir.az » Resept » Günə Şirin Bir Başlanğıc Edək: Fransız Tostu Resepti

Günə Şirin Bir Başlanğıc Edək: Fransız Tostu Resepti

379
asan resept,asan yemək resept,sadə resept
810 calories, 8 grams fat
Günə Şirin Bir Başlanğıc Edək: Fransız Tostu Resepti

Yemək Haqqında:

Fransa mətbəxindən Şirniyyat resepti.
Fransız mətbəxindən tost. Səhərləri 10 dəqiqədə hazırlayıb yeyə biləcəyiniz , balli , meyvəli efsanə bir ləzzət. Hazırlamağınızı tövsiyə edirəm.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

8 dilim tost çörəyi
1 çay qaşığı kərə yağı
2 ədəd yumurta
1/2 stəkan süd
2 xörək qaşığı şəkər tozu
1 paket vanil

Servis üçün:
3 xörək qaşığı bal
6-7 ədəd qarağat
6-7 ədəd moruq
1 çay qaşığı şəkər kirşanı ( pudra şəkəri )

Hazırlanma qaydası:

Yumurtanı,şəkər tozunu,südü,vanili mikserlə çalın.
Kərə yağını tavaya qoyub əridin.
Çörəkləri qarışığa batırıb hər iki tərəfini kərə yağında qızardın. Servis qabına qoyub üzərinə bal , şəkər kirşanı , meyvə töküb servis edə bilərsiz.



NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz