Dənizdən Gələn Dad - Balıq Kotleti Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Təzə göyərti və ədviyyatlarla qarışdırılmış balıq kotleti resepti klassik kotlet reseptlərinə rəqib olaraq sizin süfrənizdə. Limon sıxmaqla yeməyi daha da ləzzətləndirə bilərsiz.
Təzə göyərti və ədviyyatlarla qarışdırılmış balıq kotleti resepti klassik kotlet reseptlərinə rəqib olaraq sizin süfrənizdə. Limon sıxmaqla yeməyi daha da ləzzətləndirə bilərsiz.
NEÇƏ NƏFƏR ÜÇÜN
12 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
1 ədəd balıq1/2 dəstə soğan
1/2 bağlama cəfəri
1/2 bağlama şüyüd
1 ədəd soğan
1 ədəd yumurta sarısı
1 ədəd limonun qabığı ( rəndələnmiş )
1/2 stəkan çörək qırıntıları
1 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot
1 çay qaşığı sarıkök
1/2 çay qaşığı sumaq
Qızartmaq üçün:
1/2 stəkan duru yağ
Hazırlanma qaydası:
Balıqları doğrayıcıda çəkilmiş ət halına gələnə qədər çəkib ədviyyatları ,cəfəri, təzə soğan və şüyüdləri çox xırda doğrayıb əlavə edin.
Ardınca doğranmış soğanı və çörək qırıntılarını əlavə edin bütün inqrediyentləri dərin bir qaba qoyub yoğurun.
Əllərinizi suda isladıb qoz böyüklüyündə parçalara ayırıb kotlet şəklinə salın.
Böyük bir tavada yağı orta istilikdə qızdırın və kotletləri qəhvəyi rəngə çevrilənə qədər qızardın.
Kotletləri isti halda limonla servis edin.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz