Çıtır -Çıtır Ləzzət : Türkiyə Mətbəxindən Qadınbudu Kotlet Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Qadınbudu kotletləri Türkiyə mətbəxində ən uğurlu reseptlərdən biridir. Türkiyə mətbəxində demək olar ki, bütün kotletlər düyü ilə çox yaxşı gedir, lakin qadınbudu kotlet yox. Lakin kartof püresi ilə daha yaxşı getdiyini vurğulayırlar. Sizdə qadınbudu kotleti sınayıb dadına baxa bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
12 nəfərlikHAZIRLIQ VAXTI
25 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
5 dəqiqəTərkibi:
Qadınbudu üçün:500 qram orta yağlı qiymə
1 ədəd yumurta
1 ədəd soğan
2 diş sarımsaq
1/2 stəkan qaynadılmış düyü
1.5 çay qaşığı duz
1.5 çay qaşığı qara istiot
1.5 çay qaşığı kimyon
1/2 stəkan un
Kotletləri qızartmaq üçün:
1 stəkan günəbaxan yağı
1 stəkan çörək qırıntıları ( qaleta unu )
2 ədəd yumurta (çalınmış)
Hazırlanma qaydası:
Düyünü duzlu suda bir az yumşalana qədər bişirin. (Çox yumşaq olmamasına diqqət edin )
Soğanları zeytun yağı ilə tavada yumşaq olana qədər qovurun. Üzərinə sarımsağı əlavə edib qovurmağa davam edin.
Soğan və sarımsağın içinə qiymənin yarısını əlavə edin və suyu çıxıb udulana qədər qovurun.
Bişmiş qiyməni ocaqdan götürün və soyumağa buraxın.
Böyük bir qabda çiy qiymə, un, qaynadılmış düyü, bişib soyuyan soğanlı qiymə, yumurta və bütün ədviyyatları əlavə edib yoğurun. Yoğurduqdan sonra üzərinə örtüb 20 dəqiqə soyuducuda saxlayın.
Gözləyən məhluldan yumurtadan böyük parçalar qoparıb yuvarlayaraq formaya salın.
Formalı kotletləri əvvəlcə un və çörək qırıntıları qarışığına, sonra yumurtaya batırıb isti yağda qızardın.
Süfrəyə verərkən kartof püresi və ya sote edilmiş tərəvəzlərlə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz