Azərbaycancaaz
Mir.az » Resept » Cəmi 4 ərzaqla hazırlanan :Yeni il Ağacı ( Yolka ) Formasında Peçenye Resepti

Cəmi 4 ərzaqla hazırlanan :Yeni il Ağacı ( Yolka ) Formasında Peçenye Resepti

398
asan resept,asan yemək resept,sadə resept
1010 calories, 10 grams fat
Cəmi 4 ərzaqla hazırlanan :Yeni il Ağacı ( Yolka ) Formasında Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Yeni il yaxınlaşır. Sizdə süfrələrinizi yeni il ab -havasına uyğun şirniyyat və yeməklərlə bəzəyin. Qonaqlarınız bu asan və dadına doyum olmayan peçenyelərin görünüşünə və dadına heyran qalacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

100 qram kərə yağı
1 ədəd yumurta
Yarım stəkan şəkər tozu
2 stəkan un
1 paket vanil

Hazırlanma qaydası:

Kərə yağı və şəkər tozunu çalın. Üzərinə yumurta və vanil əlavə edib çalma prosesinə davam edin.Sonra az-az un əlavə edib yumşaq və ələ yapışmayan xəmir yoğurun. Xəmiri sellofana büküb 20 dəqiqə soyuducuda saxlayın.Sonra çıxarıb 1 sm qalınlığında yayıb ulduz formalı qəliblərlə müxtəlif ölçülü peçenyelər kəsib kalka kağızı ( yağlı kağız )sərilmiş listə düzün. 180 dərəcəli sobada 10 dəqiqə bişirin.
Soyuduqdan sonra üzərinə aysinqlə naxışlar salıb rəngli bəzəklərlə bəzəyin.
Aysinq üçün 1 yumurtanın ağını çalıb, yarım çay qaşığı qədər limon suyu töküb 250 qr şəkər pudrasını az-az əlavə edib qarışdırın.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz