Azərbaycancaaz
Mir.az » Resept » Şaxta Baba Əlcəyi Formasında : Nar Salatı Resepti

Şaxta Baba Əlcəyi Formasında : Nar Salatı Resepti

97
asan resept,asan yemək resept,sadə resept
1020 calories, 10 grams fat
Şaxta Baba Əlcəyi Formasında : Nar Salatı Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Salat resepti.
Yeni il yaxınlaşır. Sizdə süfrələrinizi yeni il ab -havasında hazırladığınız salat və yeməklərlə bəzəyin. Tez və asan başa gələn şaxta baba əlcəyi formasında nar salatı sizi dadı və görünüşü ilə qonaqlarınızın yanında qürurla təmsil edəcək.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

40 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

2 ədəd nar
3 ədəd kartof
3 ədəd yumurta
3 ədəd kök
1 ədəd orta ölçülü çuğundur
50 qram qoz ləpəsi
200 qram toyuğun döş əti
500 qram mayonez
DUz
İstiot

Hazırlanma qaydası:

Narı dənələrə ayırın. Bütün inqrediyentləri qaynadıb, qabığı soyulub , sürtgəcdən keçirin. İri boşqaba Şaxta Baba əlcəyi formasını verib ardıcıllığla tərəvəzləri və döş ətini qat-qat qoyub aralarına mayonez çəkib duz , istiot, qoz ləpəsi tökün. Sonda üzərini nar və yumurta ağı ilə bəzəyin.

NUŞ OLSUN?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz