Azərbaycancaaz
Mir.az » Resept » Bayram Süfrələrinin Bəzəyi : Çingiz Xan Salatı Resepti

Bayram Süfrələrinin Bəzəyi : Çingiz Xan Salatı Resepti

55
asan resept,asan yemək resept,sadə resept
630 calories, 6 grams fat
Bayram Süfrələrinin Bəzəyi : Çingiz Xan Salatı Resepti

Yemək Haqqında:

Monqolustan mətbəxindən Salat resepti.
Şərq mətbəxinin ən dadlı və sevilən salatlarından biri də “Çingiz xan”salatıdır. Mir. az dadı və görünüşü ilə qonaqlarınızı sevindirəcək ləzzətli salatın reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

2 ədəd çuğundur
1 ədəd yerkökü
50 qram qara gavalı qurusu
75 qram bərk pendir
200 qram toyuq filesi
2 diş sarımsaq
75 qram qoz ləpəsi
400 qram mayonez
Duz
İstiot

Hazırlanma qaydası:

Yerkökü və çuğunduru bişirib,qabığını soyub sürtgəcdən keçirin.
Sarımsağı və qoz ləpəsini xırdalayın.
Qara gavalı qurusunu 20 dəqiqə suda isladın və daha sonra sudan çıxarın ,qurulayın və xırda doğrayın.
Pendiri də sürtgəcin iri gözündən keçirin.
Toyuq filesini kiçik kub şəklində doğrayın və yağda qızardın.
Qızardılmış toyuq filesini artıq yağının getməsi üçün kağız salfetin üzərinə düzün və soyudun.
Salatı hazırlayacağınız boşqaba ilk öncə çuğundur, toyuq filesi və qoz düzüb mayonezləyin.Daha sonra yerkökü və pendir düzüb mayonezləyin. Doğranmış gavalı qurusu, mayonez,çuğundur və sarımsağı da qat-qat düzün. Zövqə görə hər qata duz və istiot səpin.
Qat-qat düzdüyünüz salatı 1 saatlıq soyuducuya yerləşdirin.
Üzərini zövqə görə bəzəyib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz