Yeni İl Süfrələrinin Arzuolunani: Şuba Salatı Resepti
Yemək Haqqında:
Rusiya mətbəxindən Salat resepti.
Bayram masalarının ənənəvi yeməyi salatlardır. Yeni il süfrəsini balıqsız təsəvvür etmək qeyri-mümkündür. Odur ki, bayram axşamı masaya siyənəkli şuba salatının qoyulması artıq ənənə halını alıb. Dəyişikliyi sevənlər bu dəfə ənənəvi şuba salatına yenilik edə bilər. Mir.az zərif və dadlı yeni şuba salatının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
8 nəfərlikHAZIRLIQ VAXTI
40 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
Tərkibi:
3 ədəd kartof3 ədəd yerkökü
2 ədəd çuğundur
2 ədəd yumurta
1 ədəd soğan
2 ədəd az duzlu siyənək balığı filesi
2 ədəd alma
2 xörək qaşığı limon suyu
200 qram mayonez
2 çay qaşığı duz
2 çay qaşığı istiot
Hazırlanma qaydası:
Kartof, yerkökü ,yumurta və çuğunduru qaynadıb bişirib qabıqlarını təmizləyin.
Siyənək balığı filesinin xırda sümüklərini ayırıb kub şəklində doğrayın.
Soğanı da çox xırda nazik kub şəklində doğrayın.
Almaları yuyub,qabığını soyub samanvari şəkildə doğrayıb limon suyuyla qarışdırın.
Yumurta , yerkökü ,çuğundur və kartofu sürtgəcdən keçirin ( çuğunduru yüngülcə sıxın ).
Böyük boşqaba ilk qat kartofu yayıb duz və istiot vurun. Üzərinə siyənək balığı və soğanı düzüb mayonez yaxın.
Daha sonra yerkökü+mayonez, çuğundurun yarı hissəsi+mayonez və yumurta+mayonez. Hər qata duz və istiot vurmağı unutmayın.
Qalan kartof və almaları da yayıb hamarlaşdırın. Üstündən və yan hissələrindən qalan çuğunduru da yayın.
Mayonez yaxıb qaşıqla hamarlaşdırın. Hazır şuba salatını 2-3 saatlıq soyuducuya yerləşdirdikdən sonra süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz