Yeni İl Keksləri Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Şirniyyat resepti.
Yeni il yaxınlaşır. Sizdə süfrənizi yeni il keksləri ilə bəzəyin. Az ərzaqla tez və dadlı keks kim hazırlamaq istəməz ki ?
Yeni il yaxınlaşır. Sizdə süfrənizi yeni il keksləri ilə bəzəyin. Az ərzaqla tez və dadlı keks kim hazırlamaq istəməz ki ?
NEÇƏ NƏFƏR ÜÇÜN
10 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
3 yumurta1.5 stəkan şəkər tozu
1 stəkan qatıq
Yarım stəkan duru yag
2 stəkan un
Yarım stəkan kismis
Yarım çay qaşığı soda
Hazırlanma qaydası:
Yumurta ilə şəkər tozunu mikserle çalın.Qatığın içərisinə soda töküb köpürdülüb çalınan qarışımın içərisinə tökün.Sonra yağ ,kişmiş və un əlavə edib qarışdırın.Silikon keks qəliblərinə töküb 180 derecede bişirin. Üzərinə soyuduqdan sonra şəkər kirşanı ( pudra şəkər ) səpin.
NUŞ OLSUN ?.
NUŞ OLSUN ?.
Şərhlər 0
Şərh Yaz