Azərbaycancaaz
Mir.az » Resept » Yeni İl Ab -Havasında : Mini Muffin Resepti

Yeni İl Ab -Havasında : Mini Muffin Resepti

34
asan resept,asan yemək resept,sadə resept
1530 calories, 15 grams fat
Yeni İl Ab -Havasında : Mini Muffin Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Yeni il ab -havasında tez və asan hazırlanan mini muffinlərlə uşaqlarınıza əvəzolunmaz sevinc və gün yaşada bilərsiz. Böyük və kiçik hər kəs dadına və görünüşünə doya bilməyəcək. Elə isə , mətbəxə keçib övladlarınızı sevindirə bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN

15 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

3 ədəd yumurta
1,5 stəkan şeker tozu
Yarım stəkan duru yağ (və ya 100qram kərə yağı )
1 stəkan süd (qatıqda olar)
Yarım stəkan xırda doğranmiş qoz
1 ədəd portağal qabığı (sürtkəcdən keçilmiş)
1 paket vanil
1 paket qabartma tozu
2,5 stəkan un

Hazırlanma qaydası:

Şəkər tozu ilə yumurtaları köpənə kimi mikserlə çalın. Qalan ərzaqları da sırasıyla əlavə edib təkrar çalma prosesinə davam edin.Vanil ,qabartma tozu ve unu ələyərək asta-asta əlavə edib xəmir yoğurun. .Xemiri mini muffin kağızlarına töküb sobada 170 dərəcədə bişirin. Soyuduqdan sonra istəsəniz üzərinə krem çəkib şəkər xəmiri ilə bəzəyə bilərsiz.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz