Azərbaycancaaz
Mir.az » Resept » Bal və Duzun Uyumu: Ballı Toyuq Resepti

Bal və Duzun Uyumu: Ballı Toyuq Resepti

13
asan resept,asan yemək resept,sadə resept
430 calories, 4 grams fat
Bal və Duzun Uyumu: Ballı Toyuq Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Souslu toyuq reseptlərini kim sevməz ki? Üstəlik o sous ballıdırsa .Mir.az tavada nar kimi qızarmış ballı toyuq reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 4 ədəd toyuq filesi (hər biri 200 qram)
  • 1 xörək qaşığı zeytun yağı
  • 1 ədəd ətotu (rozmarin)
  • 2 diş sarımsaq
  • 1/2 çay qaşığı təzə üyüdülmüş qara bibər

  • Bal sousu üçün:
  • 1 xörək qaşığı kərə yağı
  • 1 çay qaşığı un
  • 2 xörək qaşığı bal
  • 1 xörək qaşığı soya sousu
  • 2 xörək qaşığı təzə sıxılmış limon suyu
  • 1 ədəd sürtgəcdən keçilmiş limonun qabığı
  • 1 çay qaşığı kəklikotu

Hazırlanma qaydası:

Toyuq filesinin ( zövqə görə bud və ya qanad )üzərinə zeytun yağı, ətotu (rozmarin), sarımsaq və təzə üyüdülmüş qara bibər əlavə edib marinad edin.
Marinadlanmış toyuq filesini güclü odda ,qril izləri olan isti tavada ( və ya sobada ) hər iki üzünü qızardın.
Kərə yağını qazançada əridib unu əlavə edin və açıq rəng alana qədər vam odda qovurun.
Bal, təzə sıxılmış limon suyu və soya sousunu əlavə edin və tez-tez qarışdırın ki, un bir yerə yığılmasın. Sousu aşağı istilikdə qaynamağa icazə verin.Qatılaşmağa başlayan sousa limon qabığı və kəklikotu əlavə edin.
Hazırladığınız sousu qızardılmış toyuq filesinin üzərinə tökün və hər iki üzü sousa batsın deyə qarışdırın.
Qarışdırdıqdan sonra istədiyiniz qarnirlərlə süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz