Azərbaycancaaz
Mir.az » Resept » Yeni ildə süfrənizə yaraşacaq : Almalı Güllü Tart Resepti

Yeni ildə süfrənizə yaraşacaq : Almalı Güllü Tart Resepti

224
asan resept,asan yemək resept,sadə resept
630 calories, 6 grams fat
Yeni ildə süfrənizə yaraşacaq : Almalı Güllü Tart Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Böyük-kiçik hər kəsin sevəcəyi bir dad.Görünüşü gülə oxşayıb ləzzətli alma dadı ilə insanı valeh edir. İstəsəniz darçın və qoz da əlavə edə bilərsiniz. Bu inanılmaz olacaq.
Almalı qızılgül tart reseptinin sirri burasındadır ki,asanlıqla forma vermək üçün soyuducuda saxlama hissəsini unutmayın.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

2,5 stəkan un
1/2 stəkan şəkər tozu
1 çay qaşığı limon suyu
1 ədəd yumurta
120 qram soyuq kərə yağı

Üzəri üçün:
3 ədəd qırmızı alma
1/2 stəkan şəkər tozu
2 stəkan su

Pudinq üçün:
2,5 stəkan süd
1/2 stəkan şəkər tozu
1/2 stəkan un
1 paket vanil

Üstünə səpmək üçün:
şəkər kirşanı ( pudra şəkər )

Hazırlanma qaydası:

Un və yumurtadan başqa bütün inqrediyentləri doğrayıcıya qoyub qarışdırın.
Bu qarışıma yumurta və unu əlavə edib yoğurun.
Xəmiri soyuducuya qoyun.
Pudinq üçün vanilindən başqa bütün inqrediyentləri əlavə edib qarışdırdıqdan sonra ocağa qoyun. Qaynayanda vanili əlavə edib, ocağı söndürün.
Almaları qabığı ilə birlikdə incə dilimləyin.
2 stəkan suya yarım çay stəkanı şəkər tozu əlavə edin.Qaynadığı zaman içinə alma dilimlərini atın. Alma dilimləri yumşaq olana qədər qaynadın.Yumşaldılmış alma dilimlərini yağlı kağızın üzərinə qoyub arxa arxaya düzün. Öz ətrafında ardıcıl bükərək bir qızılgül şəklini verin.
Soyuducudakı xəmirdən qoz böyüklüyündə parçalar götürüb kiçik tart qəliblərinizə qoyun. Əlinizlə basaraq qab formasını verin. Xəmirə bir xörək qaşığı puding qoyub üzərinə qızılgül şəklini verdiyiniz almaları yerləşdirib sobaya qoyun. Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 30 dəqiqə bişirin.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz