Azərbaycancaaz
Mir.az » Resept » 1001 dərdin dərmanı- Boranı Şorbası Resepti

1001 dərdin dərmanı- Boranı Şorbası Resepti

80
asan resept,asan yemək resept,sadə resept
3-420 calories, 3-4 grams fat
1001 dərdin dərmanı- Boranı Şorbası Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Şorba resepti.
Bu şorba bir az kəmşirin olur. Hətta boranını suda yox, sobada bişirsəniz lap ləzzətli alınır??
Əsas məsələ sağlıqlıdır.
Çalışın uşaqlara lap körpəlikdən alışdırın bütün dadlara

NEÇƏ NƏFƏR ÜÇÜN

3-4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 300-400 qr boranı (doğranmış)
  • 1 soğan
  • 2 diş sarımsaq
  • 1-2 ədəd kök
  • 0,5 st qaymaq (xörək üçün)
  • duz, istiot

Hazırlanma qaydası:

Soğanı bir az öldürüb üzərinə sarımsaq, kök və doğradığım boranını əlavə etdim. Bir az qovurdum ki, dadlı olsun.
Sonra üzərindən 2 barmaq yuxarı çıxana qədər qaynar su əlavə etdim. Duzunu istiotunu vurdum.
Boranı tam bişəndə suyunu başqa qaba töküb, blenderlə tərəvəzləri əzdim.
Suyu yenidən qazana töküb blenderlə yüngülcə təkrar əzdim.
Sonda isə üzərinə qaymağı əlavə edib qarışdıraraq 2-3 dəqiqə də bişirib, qazdan aldım.

Servis edərkən üzərinə qaymaq və boranı tumları səpə bilərsiniz.
Bu cür qaymaqlı şorbaları isə qurudulmuş çörəklə yeməyinizi tövsiyə edirəm??



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz