Azərbaycancaaz
Mir.az » Resept » Damla Şokoladlı Kakaolu Keks Resepti

Damla Şokoladlı Kakaolu Keks Resepti

177
asan resept,asan yemək resept,sadə resept
1840 calories, 18 grams fat
Damla Şokoladlı Kakaolu Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Çay və ya qəhvənin ən yaxşı dostu, damla şokoladlı kakaolu keks sizinlə olmaq üçün səbirsizlənir.

NEÇƏ NƏFƏR ÜÇÜN

18 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

  • 3 ədəd yumurta
  • 1.5 stəkan şəkər tozu
  • 2 stəkan süd
  • 1 stıkan duru yağı
  • 2,5 stəkan un
  • 2 çay qaşığı kakao
  • 2 xörək qaşığı şokolad kremi ( nutella)
  • 1 stəkan damla şokolad f
  • 1 paket qabartma tozu

  • Soba qabını yağlamaq üçün:
  • 1 xörək qaşığı kərə yağı

Hazırlanma qaydası:

Yumurta və şəkər tozunu dərin bir qabda mikserlə şəkər tozu tamamilə əriyib qabarana qədər çalın.
Duru yağı , südü , şokolad kremini, qabartma tozunu , kakaonu , damla şokoladı və unu əlavə edib son dəfə qarışdırma prosesinə davam edin.
Xəmiri kərə yağı ilə yağlanmış keks qabına töküb əvvəlcədən isidilmiş 180 dərəcə sobada 35-40 dəqiqə bişirin. Üzərini istədiyiniz kimi bəzəyə bilərsiz.



NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz