Süd İlə Bişən Börək Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Börək resepti.
Börək hər evdə ayrı üsulla bişir , ayrı- ayri ləzzəti olur. İndi isə börəyi fərqli üsulla hazırladıq. Börəyə sous hazırlamadıq , sadəcə sobaya qoyduq. Yarım saat sonra üzərinə süd töküb yenidən sobaya qoyduq. Həm asan , həm də ləzzətli olur. Sizdə sınayın.

NEÇƏ NƏFƏR ÜÇÜN
16 nəfərlikHAZIRLIQ VAXTI
30 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
50 dəqiqəTərkibi:
7 ədəd yağlı xəmir1.5 stəkan ərimiş yağ
400 qram pendir (duzu az, yumşaq)
1/2 dəstə doğranmış cəfəri
3 stəkan süd
Hazırlanma qaydası:
1 ədəd xəmiri yağlanmış soba qabına ucları qabdan kənarda qalacaq şəkildə qoyun.
2,5 xəmiri hər qat yağlanacaq şəkildə soba qabına qoyun. Doğranmış pendir,cəfəri səpdikdən sonra üzərinə daha 2,5 qat xəmir yağlayıb qoyun.
Nəhayət, üzərinə 1 qat da xəmir qoyub kənarlarını içəri büküb artığını kəsin.Börəyi dilimləyib sobada 195 dərəcə 30 dəqiqə bişirin.
Xəmiri sobadan çıxarıb üzərinə süd töküb yenidən sobaya qoyub daha 20 dəqiqə bişirin.
Xəmir sobadan çıxandan biraz sonra dilimləyib süfrəyə verin.
NUŞ OLSUN?.

Şərhlər 0
Şərh Yaz