Azərbaycancaaz
Mir.az » Resept » Tərəvəz Sevməyənlər Belə Dadına Doymayacaq: Tərəvəzli Börək Resepti

Tərəvəz Sevməyənlər Belə Dadına Doymayacaq: Tərəvəzli Börək Resepti

20
asan resept,asan yemək resept,sadə resept
625 calories, 6 grams fat
Tərəvəz Sevməyənlər Belə Dadına Doymayacaq: Tərəvəzli Börək Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Börək resepti.
Səhər yeməyində süfrəyə qoyulan kimi süfrəni zənginləşdirən yemək varsa, o, börəkdir. Sadəcə səhər yeməyidir? Günün istənilən saatı börəkləri çayla , kompotla yeyə bilərsiz. Belə olduqda sizin üçün asan hazırlanan,dadlı, ləzzətli , tərəvəzlərlə zəngin bir börək reeptimiz var.
Bu börəkdə ispanaq və göbələk, ədviyyatlar və əlbəttə ki, pendir kimi bir-birinə uyğun gələn tərəvəzlər var. Hətta , tərəvəz sevməyənlər belə bu börəyin dadına heyran qalacaq.
İçliyini istədiyiniz kimi dəyişə bilərsiniz.Həmçinin, duz və ədviyyatlar bir az soyuduqdan sonra içliyə əlavə etməyi unutmayın. Çalışın istifadə edəcəyiniz xəmir çox təzə olsun.4 ədəd yağlı xəmiriniz yoxursa, 3 ədədlə də hazırlaya bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 4 ədəd yağlı xəmir

  • İçi üçün:
  • 100 qram göbələk
  • 1 ədəd soğan
  • 1 diş sarımsaq
  • 100 qram ispanaq
  • 1 ədəd pomidor
  • 3 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara istiot
  • 1 çay qaşığı acı bibər tozu
  • 100 qram pendiri

  • Arası üçün sous:
  • 100 qram ərimiş yağ
  • 2 xörək qaşığı süd

  • Üzəri üçün:
  • 1 ədəd yumurta sarısı

Hazırlanma qaydası:

Göbələkləri və soğanı kiçik kublar şəklində doğrayın.
Tavaya zeytun yağı töküb əvvəlcə soğanları,ardı ilə göbələkləri töküb yaxşıca qızardın.Dərhal sonra üzərinə ispanaq tökün və bir neçə dəqiqə qızardıb ocaqdan götürün. Biraz soyuduqdan sonra pendir ,duz və ədviyyat atıb qarışdırın.
Xəmirlərdən birini masanın üstünə sərib ərinmiş kərə yağı və süd qarışımından hər tərəfinə sürtün.
Bütün xəmirlər üçün bu prosesi təkrar edib bir-birinin üstünə qoyun. Sonra bütün içliyi töküb , rulon şəklində büküb kəsin.
Üzərinə yağlı kağız sərilmiş soba qabına qoyub,yumurta sarısı çəkib 180 dərəcədə qızdırılmış sobada 20-25 dəqiqə yaxşı qızarana qədər bişirin.


NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz