Azərbaycancaaz
Mir.az » Resept » Bütün Vegeteryanlar Üçün : Qarışıq Tərəvəzli Göbələk Dolması Resepti

Bütün Vegeteryanlar Üçün : Qarışıq Tərəvəzli Göbələk Dolması Resepti

211
asan resept,asan yemək resept,sadə resept
2015 calories, 20 grams fat
Bütün Vegeteryanlar Üçün : Qarışıq Tərəvəzli Göbələk Dolması Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Göbələyi kim sevməz ki ? Göbələkdən möhtəşəm bir qelyanaltı.

NEÇƏ NƏFƏR ÜÇÜN

20 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

20 ədəd böyük göbələk
4 xörək qaşığı zeytun yağı
1 ədəd soğan
3 diş sarımsaq
1 ədəd pomidor
1 ədəd şirin bibər
1 ədəd sarı bibər
1 ədəd badımcan
1/4 dəstə cəfəri
1/2 ədəd limon suyu
1/2 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot

Hazırlanma qaydası:

Göbələklərin saplarını kəsib kənara qoyub içini təmizləyin. Onları yağlı kağız qoyulmuş soba qabına düzüb zeytun yağı ilə yağlayın.
Soğan və sarımsağı xırda doğrayın.
Pomidorun qabığını soymadan,bibərlərin toxumunu çıxarıb,badımcanı ala -ala soyduqdan sonra xırda kub şəklində doğrayın.
Cəfəri və göbələk saplarını incə doğrayın.
Zeytun yağını tavada qızdırın. Soğan və sarımsağı qəhvəyi rəngə çevrilənə qədər qızardıb üzərinə badımcan, göbələk, rəngli bibər və pomidorı əlavə edin. Suyu çəkildikdən sonra xırda doğranmış cəfəri, limon suyu, duz və qara istiot əlavə edib bütün inqrediyentləri qarışdırdıqdan sonra ocağın altını söndürün.
Soba qabına qoyduğunuz göbələklərin iç hissələrinə hazırladığınız rəngli, sağlam və buğu üzərində olan içliklə doldurun. Əgər "vegan" deyilsinizsə, doldurulmuş tərəvəzlərin üstünə bir dilim holland pendiri də qoya bilərsiniz.
Əvvəlcədən isidilmiş 250 dərəcə sobada 10 dəqiqə bişdikdən sonra gözləmədən servis edin.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz