5 Ərzaqla 5 Dəqiqədə : Asan Peçenye Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Bir peçenye düşünün, ağzınıza atdığınız anda dağılacaq. Çayınıza,qəhvənizə, südünüzə ləzzət qatacaq. Çox tez hazırlanıb dərhal sobaya qoyulmalıdır.Xəmir 5 inqrediyentlə cəmi 5 dəqiqəyə hazır olur.
İstəyirsinizsə, müxtəlif ləzzətlər əlavə edə bilərsiniz. Portağal və ya limon qabığı, vanilin, darçın kimi... İçərisində süd və ya qatıq olmadığı üçün çox gec köhnəlir.Damağınızda əriyir. Ürəyiniz peçenye istiyirse ,evdə inqrediyentlərlə asanlıqla hazırlaya bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
25 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
1 ədəd yumurta1/2 stəkan şəkər tozu (80 q)
1/2 stəkan duru yağ (100ml)
1/2 paket qabartma tozu
2 stəkan un (230-240 q)
Üzəri üçün:
2 xörək qaşığı qoz-fındıq
1 yumurta ağı
Hazırlanma qaydası:
Böyük bir qaba yumurta və şəkər tozunu töküb mikserlə çalın. Yağ əlavə edib çalma prosesinə davam edin. Sonra qabartma tozu və unu az -az əlavə edərək xəmiri yoğurmaya başlayın.
Qoz böyüklüyündə parçalar götürüb yumrulayın.
Təxminən 24-25 dənə peçenyeniz olacaq. Yağlı kağız sərilmiş soba qabına qoyub üzərinə yumurta ağı çəkib qoz-fındıqları səpin.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 15-18 dəqiqə bişirin. Sobadan çıxardıqdan 10 dəqiqə sonra servis edin.
Resept haqqında fikirlərinizi yazmağı unutmayın. ?

Şərhlər 1
Şərh Yaz