Diet Dostu : Göbələkli Toyuq Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Pəhriz menyularının əvəzolunmazları şorba, toyuq/balıq və ya ət və salatlardır.
Dadı, duzu olmayan toyuğ bəzən məcburiyyətdən yeyilir. Kiçik bir toxunuşla( marinadla )bu çətin vəziyyəti sizin üçün asanlaşdırır və dadlı bir tikə halına gətiririk.
Sizdə bu kalorili resepti mütləq hazırlamalısınız. Toyuğun, göbələyin dadına, aromasına heyran qalacaqsız.
* Toyuqun marinadlanması onu daha yumşaq və dadlı edir.
* İstəsəniz göbələklərlə birlikdə 180 dərəcədə sobada üzərini örtərək 15 dəqiqə bişirə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
4 ədəd toyuğun döş əti2 xörək qaşığı zeytun yağı
5-6 ədəd göbələk
2 xörək qaşığı süd
1 çay qaşığı duz
1 qaşığı qara bibər tozu
1/4 dəstə şüyüd
Hazırlanma qaydası:
Toyuq ətini süd,1 xörək qaşığı zeytun yağı, duz və istiotla 1-2 saat əvvəldən marinad edib soyuducuya qoyun.
Göbələklərin qabığını soyun və ya nəm bir parça ilə təmizləyin.
Təmizlənmiş göbələkləri incə doğrayıb zeytun yağı ilə qızdırılan tavada bişirin.
Göbələklər öz şirələrini buraxdıqda, onlara bir az duz və istiot əlavə edin.
Göbələkləri taxta qaşıqla tavadan çıxarıb eyni tavada marinadlanmış toyuqları bişirin.
Toyuqların hər iki tərəfi yaxşı qızardıqda göbələkləri əlavə edib taxta qaşıq köməyi ilə qarışdırın.
Servis boşqabına qoyub incə doğranmış şüyüdlə nuş edə bilərsiz.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz