Azərbaycancaaz
Mir.az » Resept » Damaqlar Dada Gəlsin: Göbələkli Omlet Resepti

Damaqlar Dada Gəlsin: Göbələkli Omlet Resepti

31
asan resept,asan yemək resept,sadə resept
27 calories, 2 grams fat
Damaqlar Dada Gəlsin: Göbələkli Omlet Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Səhər ən yaxşı səhər yeməyi həm yemək, həm də bişirmək üçün çox vaxtınız olan tətil günləridir. O zaman hər səhər yeyilən pendir,şor,kərə yağı və. kənara atın və gözəl səhər yeməyi süfrəsi hazırlayın.
Mir.az göbələkli omlet reseptini təqdim edir.
Qoy bu gözəl omlet resepti ağlınızın və ürəyinizin bir küncündə olsun.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

7 dəqiqə

Tərkibi:

  • 3 ədəd yumurta
  • 2 xörək qaşığı süd
  • 1 çay qaşığı duz
  • 6 ədəd göbələk
  • 1/2 çay qaşığı kərə yağı
  • 1 çay qaşığı qaymaq
  • 3 ədəd təzə soğan ( üzəri üçün)

Hazırlanma qaydası:

Göbələkləri təmizləyin və iri-iri doğrayın.
Qızdırılmış tavada yağı əridin və göbələkləri qızardın.
Qızardılmış göbələkləri bir qabda tökün.
Yumurtaları və digər inqrediyentləri birlikdə çırpın.
Göbələkləri qızartdığınız tavanı təmizləmədən yumurtalı qarışığı tavaya tökün və ocağın istiliyini aşağı salın.
Tavanın qapağını bağlayın və üstü köpənə qədər bişirin.( İstəsəniz 200 dərəcə sobada 10 dəqiqə bişirə də bilərsiniz)
Qızardılmış göbələkləri və incə doğranmış soğanı üzərinə əlavə edərək omleti ikiyə qatlayın. Bu vəziyyətdə ehtiyatla bir boşqaba qoyun və üzərinə soğanı əlavə edərək servis edin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz