Azərbaycancaaz
Mir.az » Resept » Pəhriz Dostu : Göbələkli Toyuq Resepti

Pəhriz Dostu : Göbələkli Toyuq Resepti

34
asan resept,asan yemək resept,sadə resept
215 calories, 2 grams fat
Pəhriz Dostu : Göbələkli Toyuq Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Hər kəsi heyran qoyacaq bir dad , ləzzət. Və ən çox pəhrizdə olanlar onu çox sevəcək. Mir.az göbələkli toyuq reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

4 ədəd toyuq filesi
2 xörək qaşığı zeytun yağı
5-6 ədəd göbələk
2 xörək qaşığı süd
1 çay qaşığı duz
1 çay qaşığı iri üyüdülmüş qara bibər tozu
1/4 dəstə şüyüd

Hazırlanma qaydası:

Toyuq filesini süd, 1 xörək qaşığı zeytun yağı, duz və istiotla 1-2 saat əvvəldən marinad olması üçün soyuducuya qoyun.
Göbələklərin qabığını soyun və ya nəm bir parça ilə təmizləyin.
Təmizlənmiş göbələkləri incə doğrayın.
Tavaya zeytun yağı töküb qızdırın və göbələkləri əlavə edib sote edin. Göbələklər öz şirələrini buraxdıqda, onlara bir az duz və istiot əlavə edin.
Göbələkləri taxta qaşıqla tavadan çıxarın və eyni tavada marinadlanmış toyuqları bişirin.
Toyuqlar hər iki tərəfdən yaxşı bişdikdə, göbələkləri əlavə edin və taxta qaşıq köməyi ilə qarışdırıb servis boşqabına qoyun və incə doğranmış şüyüd səpib süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz