Dadı Bir Kənara Görünüşü Gəl-Gəl Deyir : Üzümlü Keks Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Ən məşhur kekslərdən biri olan kişmişli keksi siz hələ hazırlamamısız ? Onda sizdə bu möhtəşəm dadı almağ istiyirsizsə , buyurun mətbəxə.
Keksin içərisində gizlənən xırda kişmişlər keksə gözəl bir dad verir.Çayın yanına, qonaq süfrələrinizin yanına hazırlana biləcək ən gözəl kekslərdən biridir.
Əvvəlcə yumurtalarınızı çıxarıb otaq temperaturuna gətirin.Sonra şəkər tozu ilə yaxşıca çalaraq hazırlamağa başlayın. Son mərhələdə üzümlərinizi əlavə edib ləzzətli kişmiş keksini sobaya verin. Ləzzətli qoxular bütün evi bürüyəcək.

NEÇƏ NƏFƏR ÜÇÜN
5 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
40 dəqiqəTərkibi:
3 ədəd yumurta1 stəkan şəkər tozu
1 stəkan duru yağ
1/2 stəkan kişmiş
1 stəkan süd
2,5 stəkan un
1 paket qabartma tozu
1 paket vanilin
Keks qabını yağlamaq üçün:
1 xörək qaşığı kərə yağı
Hazırlanma qaydası:
Yumurta, şəkər tozu və vanili üç-dörd dəqiqə mikserlə çalın. Sonra yağı və südü əlavə edib çalmağa davam edin. Ələnmiş un və qabartma tozunu da əlavə edib daha 2,3 dəqiqə çalın.
Sonda kişmişi 1 xörək qaşığı unla unlayıb xəmirin içinə tökün. Belə etdikdə üzümlər hər yerə bərabər paylanır və dibinə batmır.
Xəmiri yağlanmış keks qabına töküb əvvəlcədən isidilmiş 180 dərəcə sobada 30-40 dəqiqə qapağını açmadan bişirin.
Bişdikdən sonra üzərinə zövqə görə pudra şəkəri səpə bilərsiz.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz