Azərbaycancaaz
Mir.az » Resept » Qaymaqsız da Olar :Südlü Göbələk Şorbası Resepti

Qaymaqsız da Olar :Südlü Göbələk Şorbası Resepti

108
asan resept,asan yemək resept,sadə resept
425 calories, 4 grams fat
Qaymaqsız da Olar :Südlü Göbələk Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şorba resepti.
Məşhur qaymaqlı göbələk şorbasını birdə bu cür hazırlayın. Qara bibərlə göbələyin birləşməsi üzərinə əlavə edilən süd şorbaya başqa bir aroma qatır. Hər kəs dadına heyran qalacaq.
Əgər unu və kərə yağını qovuran zaman problem yaşasanız blender vasitəsi ilə həll edə bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

300 qram göbələk
1 ədəd soğan
2 xörək qaşığı kərə yağı
1 xörək qaşığı duru yağ
2 xörək qaşığı un
1 stəkan süd
2,5 stəkan su
1/2 çay qaşığı duz
1 çay qaşığı qara bibər

Hazırlanma qaydası:

Əvvəlcə göbələkləri incə doğrayıb yağsız tavada suyunu buraxana qədər bişirin. Soğanları kub şəklində doğrayıb yağınızı qazana əlavə edib göbələk və soğanı qovurun.Sonra unu əlavə edin və un iyi gələnə qədər bişirin. Təxminən bir litr qaynadılmış su əlavə edib daim qarışdırın. Qaynamağa başlayanda süd əlavə edib ocağın xodunu azaldın.
Bu mərhələdə ədviyyatlar əlavə edin.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz