Azərbaycancaaz
Mir.az » Resept » Damaqlarınız Şənlənsin :Qaymaqlı Göbələk Şorbası Resepti

Damaqlarınız Şənlənsin :Qaymaqlı Göbələk Şorbası Resepti

88
asan resept,asan yemək resept,sadə resept
820 calories, 8 grams fat
Damaqlarınız Şənlənsin :Qaymaqlı Göbələk Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şorba resepti.
Hazırlayıb yeyərkən zövq alacağınızdan əmin olduğumuz qaymaqlı göbələk şorbası resepti mətbəxdə sizi gözləyir. Sizdə soyuq qış günlərində hazırlayıb içinizi isidin.

*Soğanları mümkün qədər kiçik doğramağa çalışın. Böyük doğrasanız, şorbanı içərkən soğanı hiss edəcəksiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

600 qram göbələk
200 mililitr qaymaq
3 xörək qaşığı un
1 litr su
2 kiçik ölçü soğan
1.5 xörək qaşığı kərə yağı
4 xörək qaşığı bitki yağı
1 çay qaşığı duz,istiot
4-5 ədəd şüyüd (istəyə görə cəfəri)

Hazırlanma qaydası:

Kərə yağı və bitki yağını ocaqda isidin. Kiçik kub formasında doğradığınız soğanı əlavə edib qızardın.
Üzərinə xırda kub formasında doğradığınız göbələkləri əlavə edin və göbələklər şirələrini buraxmağa başlayanda unu əlavə edin. Unun qoxusu gedənə qədər 1-2 dəqiqə qızardın.
Su və qaymağı əlavə edin.Davamlı qarışdırın və bir burum qaynadın. Qaynayanda istiliyi azaldıb 10 dəqiqə aşağı istilikdə bişirin.
Duz və istiot əlavə edin.
Ocaqdan götürüb incə doğranmış cəfəri və yaxud şüyüd ilə servis edə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz