Ləzzəti Tam Yerində: Südlü Un Halvası Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Halva resepti.
Türkiyə mətbəxinin nadir, asan və ləzzətli gözəlliklərindən biri ilə qarşınızdayıq: Südlü un halvası .
Südlü un halvası çoxumuz üçün yeməkdən sonra yeyilə biləcək ləzzətli desertdir. Mir.az südlü un halvası reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
3 nəfərlikHAZIRLIQ VAXTI
5 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
75 qram kərə yağı3/4 stəkan buğda unu
3/4 stəkan süd
1/2 stəkan şəkər tozu
Üzəri üçün:
1 çay qaşığı darçın
1 çay fincanı qoz ləpəsi
Hazırlanma qaydası:
Asan Un Halva Reseptinin İpucu
Halvanı qəşəng hazırlamaq üçün diqqət etməli olduğunuz ən vacib məqam unu yandırmadan yaxşıca qovurmaqdır. Bunun üçün un qovrulmağa başlayandan sonra suyunu buraxıb yenidən özünə çəkənə qədər ara vermədən qarışdırıb dərhal südü əlavə etmək lazımdır.
Süd və şəkər tozunu şəkər tamamilə həll olunana qədər qarışdırın və kənara qoyun.
Kərə yağını yapışmayan tavaya qoyun və yağ əriyən kimi unu əlavə edib taxta qaşıq köməyi ilə qovurmağa başlayın.
Unun qoxusu gələnə, suyu çıxana və yenidən canına hopana qədər ara vermədən vam odda qovurun. Un qəhvəyi olub suyunu çəkən kimi içinə hazırladığınız südlü şərbəti əlavə edin və halvanız yapışmayana qədər qarışdırmağa davam edin.
Ocağın altını söndürün və bir az soyuduqdan sonra qaşıqla formaya salın.
Üzərini darçın tozu və qozla bəzəyərək servis edin.
NUŞ OLSUN😋

Şərhlər 0
Şərh Yaz