Azərbaycancaaz
Mir.az » Resept » Hamının Sevdiyi : Pomidor Souslu Spagetti Resepti

Hamının Sevdiyi : Pomidor Souslu Spagetti Resepti

213
asan resept,asan yemək resept,sadə resept
515 calories, 5 grams fat
Hamının Sevdiyi : Pomidor Souslu Spagetti Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Makaronu kim sevməz ki ?Hər kəsin sevdiyi makaron növü və sousu var. Pendirli , qiyməli , dəniz məhsulları və müxtəlif souslarla yeyilə bilər. Bu dəfə qarşınızda klassik və pomidor souslu spagetti var.

Yayda bankalarda hazırlanan pomidor sousu yoxdursa 1 qaşıq daha tomat pastası əlavə etməklə də hazırlana bilər.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

1 paket spagetti makaron

Sous üçün :
1 stəkan pomidor soku
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı bibər pastası
4 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı alma sirkəsi
2 diş sarımsaq
1 çay qaşığı şəkər tozu
1 çay qaşığı qurudulmuş reyhan
1 çay qaşığı kimyon
1 çay qaşığı qara bibər
1 çay qaşığı duz

Hazırlanma qaydası:

Spagettini duz əlavə edilmiş qaynayan suyun içinə atın. Ara -ara qarışdırıb bişməsini gözləyin.
Bütün sous inqrediyentlərini böyük bir tavada bişirin.Lazım gələrsə,spagetti suyundan əlavə edin.
Spagetti süzülür və sousa əlavə edilib qarışdırılır.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz