Azərbaycancaaz
Mir.az » Resept » Həm Az Duzlu Həm Kəmşirin Peçenye Resepti

Həm Az Duzlu Həm Kəmşirin Peçenye Resepti

19
asan resept,asan yemək resept,sadə resept
1430 calories, 14 grams fat
Həm Az Duzlu Həm Kəmşirin Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Həm duzlu , həm də kəmşirin…Uşaq ,böyük hər kəsin sevəyi bir dad. Mir.az az duzlu və kəmşirin peçenye reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

14 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 150 q kərə yağı və ya marqarin
  • 1 çay stəkanı yağ
  • 2 yumurta ağı (sarısı üzəri üçün)
  • 1 xörək qaşığı sirkə
  • 1 xörək qaşığı şəkər tozu
  • 1 xörək qaşığı qara zirə
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qabartma tozu
  • 4 yarım stəkan un

  • Üzəri üçün:
  • 2 yumurta sarısı
  • 1 xörək qaşığı küncüt

Hazırlanma qaydası:

Qaba otaq temperaturunda kərə yağı, maye yağ, yumurtanın ağı, duz, sirkə, şəkər tozu və qara zirəni əlavə edib yaxşıca qarışdırın.
Ardı ilə qabartma tozu və unu az-az əlavə edib yumşaq xəmir yoğurun.
Xəmiri istədiyiniz formalarda hazırlayıb üzərinə yumurta sarısı çəkin və küncüt səpib yağlanmış soba nimçəsinə düzün.
Əvvəlcədən isinmiş sobada 180°-də üzəri qızılı rəng alana qədər təxminən 30 dəqiqə bişirin.
Bişdikdən sonra çayın yanında süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz