Azərbaycancaaz
Mir.az » Resept » Cəmi 2 Ərzaqlı Şokoladlı Pambıq Kimi Yumşaq Keks Resepti

Cəmi 2 Ərzaqlı Şokoladlı Pambıq Kimi Yumşaq Keks Resepti

964
asan resept,asan yemək resept,sadə resept
840 calories, 8 grams fat
Cəmi 2 Ərzaqlı Şokoladlı Pambıq Kimi Yumşaq Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Evdə heçnə olmadığı anda qonaq qapını çalarsa , köməyinizə bu keks çatacaq. Süfrədə sizi uğurla təmsil edecek. Dadına hər kəs heyran qalacaq. Bir yeyen birdə yemək istəyəcək. Hələ də hazırlamamısızsa, indi tam vaxtıdır.

Yumurtanın sarısını ağından diqqətlə ayırın. Çünki yumurta ağlarının tərkibində bir qədər yumurta sarısının olması onların köpüklənməsinin və qalınlaşmasının qarşısını alır. Tünd şokoladı ehtiyatla qaynar su ilə təmas etmədən buğda əridin. Tərkibində un və qabartma tozu olmayan, çırpılmış yumurta ağları sayəsində köpən keksin üzəri sobadan çıxdıqdan sonra bir az çökə bilər.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

3 ədəd yumurta
180 qram tünd şokolad

Servis üçün:
1 xörək qaşığı pudra şəkər( zövqə görə )

Hazırlanma qaydası:

Tünd şokoladı kiçik kub şəklində doğrayın. Dərin bir qazanda suyu qaynadıb şüşə qabda şokoladı qaynayan su buxarı üzərində qarışdıraraq əridin.
Qaynar suyun şokoladın yerləşdiyi şüşə qaba birbaşa toxunmamasına diqqət yetirin.
Yumurtaların sarısı və ağ hissələrini diqqətlə ayrı qablara ayırın.
Yumurta ağını mikserin köməyi ilə yüksək sürətlə köpüklənənə və bərk hala gələnə qədər çalın.
Şüşə qabda əriyən tünd şokoladı yumurta sarılarına əlavə edin və çırpıcı ( vençiklə ) ilə tez qarışdırın.
Şokoladlı qarışığa yumurta ağlarını üç dəfə olmaqla yavaş -yavaş töküb taxta qaşıqla aşağıdan yuxarıya doğru qarışdırın.
Dəyirmi və istiliyədavamlı şüşə soba qabına yağlı kağız sərib hazırladığınız keks xəmirini tökün. Hava qabarcıqlarının çıxması üçün keks qabını mətbəx masası üzərinə bir neçə dəfə vurun.
Əvvəlcədən isidilmiş 170 dərəcə sobada 35-40 dəqiqə keks köpənə və bişənə qədər nəzarət edin.Servis boşqabına qoyduğunuz keksin üzərinə şəkər tozunu səpdikdən sonra süfrəyə verə bilərsiz.


NUŞ OLSUN ?

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz