Diabet Xəstələri Üçün : Unsuz Ballı Badamlı Keks Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Son dövrlər sağlam həyat tərzi mövzusu daha çox təbliğ olunur. Söhbət sağlam qidalanma olduğundan yediyiniz qidaların kalori dəyərləri qədər faydalı və qidalandırıcı olması da böyük əhəmiyyət daşıyır. Bal və badam ilə dada gələn keks bişirə bilərsiniz. Bu keksin ən böyük müsbətləri un, yağ və şəkər tozu istifadə edilməməsidir. Xüsusilə diabet xəstəsi olanlar və çay süfrəsi üçün yüngül bir alternativ axtaranlar üçün olduqca uyğun bir variantdır.

NEÇƏ NƏFƏR ÜÇÜN
12 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
25 dəqiqəTərkibi:
1,5 stəkan qovrulmuş badam ləpəsi4 ədəd otaq temperaturunda yumurta (sarısı və ağı ayrılmış şəkildə)
1/2 stəkan bal
1 paket vanil
1 paket qabartma tozu
1/2 çay qaşığı duz
Üzəri üçün:
2 xörək qaşığı bal
1/2 stəkan çəkilmiş badam ləpəsi
Hazırlanma qaydası:
Əvvəlcə 1,5 stəkan qovrulmuş badamı blenderdən keçirdin və kiçik hissələrə ayırın.
Ayrı bir qabda 4 ədəd yumurtanın sarısı, 1/2 stəkan bal, vanil, qabartma tozu və duzu mikserin köməyi ilə çırpın. Daha sonra kiçik hissələrə ayırdığınız çəkilmiş badamı bu qarışığa əlavə edin və mikserlə qarışdırmağa davam edin.
Ayırdığınız 4 ədəd yumurta ağlarını geniş bir qabda təxminən 1-2 dəqiqə ərzində mikserin köməyi ilə çırpın. Daha sonra köpürən yumurta ağlarını da qarışığa əlavə edib bir taxta qaşıq köməyi ilə qarışdırın.
Hazırladığınız keks xəmirini əvvəlcədən yağlanmış və ya yağlı kağız sərilmiş keks qəlibinə töküb yayın. Keksi əvvəlcədən 200 dərəcə qızdırılmış sobada təxminən 25 dəqiqə qəhvəyi bir rəng olana qədər bişirin. Bişən keksi qəlibdən çıxardıb 10 dəqiqə soyudub üzərinə bal yaxıb badamla bəzəyin və çayın yanında süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz