Azərbaycancaaz
Mir.az » Resept » Badımcan Oturtma Resepti

Badımcan Oturtma Resepti

20
asan resept,asan yemək resept,sadə resept
540 calories, 5 grams fat
Badımcan Oturtma Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Badımcan oturtması qızardılmış badımcanların qiymə ilə birləşməsidir.Bu yemək bir qədər çətin olsa da, dadlı , ləzzətli bir yeməkdir.
Badımcanlar sobaya qoyulur. O bişərkən bir kənarda dadlı qiymə sousu hazırlanır. Sonra bütün ləzzətlər birləşir.
Yeməyin sobaya qoyulması onu daha da ləzzətli edir. Üzərində holland pendiri varsa, o yemək dadsız ola bilməz.
*Duzlu suda saxladığınız badımcanların suyunu yaxşıca sıxıb quruduqdan sonra bişirin.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

  • 4 ədəd badımcan
  • 2 ədəd yaşıl bibər
  • 5 xörək qaşığı zeytun yağı
  • 1 ədəd soğan
  • 300 qram orta yağlı mal əti
  • 1 xörək qaşığı bibər pastası
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara istiot

  • Üzəri üçün:
  • 100 qram sürtkəcdən keçilmiş holland pendiri

Hazırlanma qaydası:

İlk öncə badımcanları halqa şəklində doğrayıb duzlu suya qoyun.
Badımcanları yağlı kağız sərilmiş soba qabına qoyub yumşalana qədər bişirin.
Çəkilmiş ət üçün yağı tavaya töküb soğanı və bibəri qovurun.Sonra qiyməni və sarımsağı əlavə edib qovurmağa davam edin.
Ədviyyatlar və yarım stəkan su əlavə edib qazın xodunu azaldın.
Bişən badımcanları şüşə soba qabına düzüb üzərinə qiyməni əlavə edin. Sonda sürtkəcdən keçilmiş holland pendirini də əlavə edib sobaya qoyun.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada 10-15 dəqiqə üstü qızılı rəng alana qədər bişirin.
Bişdikdən sonra çıxarıb dilimləyin və isti halda servis edin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz