Rəngli Bibərlərlə , Bol Sağanı ilə Ət Fajita Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Evə xüsusi qonaq dəvət etmisinizsə və dadı ilə ağlını başından almaq istəyirsizsə , çox düşünmədən ətli fajita hazırlaya bilərsiz.
Ət, soğan və rəngarəng bibərlərin yüksək odda qızardıldıqdan sonra istiliyədavamlı qabda kərə yağı ilə birləşməsindən alınan dad damaqlarınızdan getməyəcək bir ləzzətə çevriləcək.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
500 qram dana əti ( sümüksüz , yumşaq ət)2 ədəd qırmızı soğan
1 ədəd yaşıl bibər
1 ədəd qırmızı bibər
1 ədəd sarı bibər
2 çay qaşığı duz
2 çay qaşığı qara istiot
2 çay qaşığı sarımsaq tozu
2 çay qaşığı soğan tozu
1 çay qaşığı acı bibər
1 çay qaşığı şirin bibər
1 xörək qaşığı zeytun yağı
3 xörək qaşığı kərə yağı
Xidmət üçün:
4 ədəd lavaş
Hazırlanma qaydası:
Əti, bibərləri və soğanı julyen ( uzun ) ölçüdə doğrayın.
Dərin bir tavanı zeytun yağı ilə yağlayıb soğanları rəngi dəyişənə qədər qovurun.
Bibərləri əlavə edib 3-4 dəqiqə qovurmağa davam edin.
Ardı ilə ətləri əlavə edib 6-7 dəqiqə qovurun.
Qazın üzərinə güvəc və ya istiliyədavamlı çini qab qoyun. İçinə kərə yağı əlavə edib əriməsini gözləyin.
Ərinmiş yağa qovrulmuş ətləri və üzərinə istədiyiniz ədviyyatları əlavə edin.
Üzərinə lavaşları örtüb yaxşı isinməsini gözləyin.
Lavaşlar isindikdən sonra servis edə bilərsiz.
NUŞ OLSUN ?

Şərhlər 0
Şərh Yaz