Azərbaycancaaz
Mir.az » Resept » İki fərqli ləzzət bir yerdə: Qatıqlı Kabab Resepti

İki fərqli ləzzət bir yerdə: Qatıqlı Kabab Resepti

22
asan resept,asan yemək resept,sadə resept
220 calories, 2 grams fat
İki fərqli ləzzət bir yerdə: Qatıqlı Kabab Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Kabab resepti.
Özünüz və sevdikləriniz üçün çox gözəl ziyafət süfrəsi qurmaq istiyirsizsə ,qatıqlı kabab ən gözəl seçimdir.Ətin, yağın və sousun yanında olan qatıq sayəsində ziyafətdən sonra mədənizi sakitləşdirmək problemini ilk saniyədə həll edə biləcəksiniz.
Əgər ətinizin daha da dadlı olmasını istiyəyirsizsə,1-2 saat əvvəldən zeytun yağı və digər ədviyyatlarla dad verə və tava isti olanda birbaşa əlavə edə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

2 dilim çörək ( pidə çörəyi )
1 çay qaşığı kərə yağı
1 çay qaşığı qara istiot
1 çay qaşığı kəklikotu

Sous üçün:
1 xörək qaşığı tomat pastası
1 xörək qaşığı bibər pastası
1 xörək qaşığı su
2 xörək qaşığı kərə yağı (kababın üzərinə ərinmiş halda töküləcək)

Kabab üçün:
4 tikə ət
2 ədəd pomidor
4 ədəd acı bibər
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1 çay qaşığı kəklikotu
2 xörək qaşığı zeytun yağı
200 qram qatıq

Hazırlanma qaydası:

Sousu hazırlamaq üçün tomat və bibər pastasını qarışdırıb digər inqrediyentlərlə birlikdə kiçik bir sous qabında qızdırın.
Çörəkləri kiçik parçalara doğrayın.Kərə yağında ədviyyatlarla birlikdə tavada yağ yaxşı hopana qədər qızardın.
Əti uzun-uzun doğrayın.
Tavanı ocaqda yaxşıca qızdırın ( elə tavadan istifadə edin ki , ətlər yapışmasın).
Qızdırılmış tavaya kərə yağı əlavə edib əriməsini gözləyin. Ərinmiş yağda ətləri qızardın.Ən sonda duz və digər ədviyyatları əlavə edin.
Pomidor və bibəri tavada bişirin.
Çörəyi boşqaba düzüb üzərinə pomidor sousudan gəzdirin.Əti əlavə edib yanına qatıq qoyub yenidən pomidor sousunu ətin üzərinə gəzdirin. Sonda ərinmiş kərə yağını boşqabın hər tərəfinə töküb servis edə bilərsiz.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz