Azərbaycancaaz
Mir.az » Resept » Rəngi ilə Göz Oxşayan Qozlu Çuğundur Məzəsi Resepti

Rəngi ilə Göz Oxşayan Qozlu Çuğundur Məzəsi Resepti

481
asan resept,asan yemək resept,sadə resept
850 calories, 8 grams fat
Rəngi ilə Göz Oxşayan Qozlu Çuğundur Məzəsi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Məzə resepti.
Bu gün əvvəlcə rəngi, sonra dadı ilə ürəyimizi oğurlayan ləzzətli çuğundur reseptimiz var. Çuğunduru qozla bir araya gətirib qızardılmış çörəyinizin üzərinə sürtməklə dadına doymaq olmayan ləzzət ortaya çıxır.
Nahar süfrələrinizə mükəmməl uyğunlaşacaq bu qəlyanaltını mir.az saytında ətraflı baxıb hazırlaya bilərsiz. Unutmayın ki,üzərini bəzəməkdə tamamilə sərbəstsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

50 dəqiqə

Tərkibi:

2 ədəd çuğundur
4 diş sarımsaq
4 xörək qaşığı zeytun yağı
1 çaybqaşığı kəklikotu
1 çay qaşığı duz

İçərisi üçün:
1 stəkan qoz
2 diş sarımsaq
2 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı alma sirkəsi
1 çay qaşığı soğan tozu
Yarım dəstə şüyüd

Üzəri üçün:
1 çimdik şüyüd
2 xörək qaşığı əzilmiş qoz ləpəsi
4 xörək qaşığ nar dənəsi

Hazırlanma qaydası:

Çuğundurun qabığını soymadan hər birinin yanına 2 diş sarımsaq və kəklikotu qoyub zeytun yağı və duz əlavə edib ayrı-ayrı alüminium kağıza sarıyıb S
sobada 190 dərəcədə 50 dəqiqə yumşaq olana qədər bişirin.
Qoz, sarımsaq, alma sirkəsi, soğan tozu, zeytun yağı və şüyüdləri doğrayıcıdan keçirin.
Yumşaldılmış çuğundurları sobadan çıxarıb soyuduqdan sonra qabıqlarını soyub sürtkəcdən keçirin.
Üzərinə qozlu qarışımı əlavə edib yaxşıca yoğurun.
İstədiyiniz qəlibin içinə qoyub servis boşqabına ters çevirin.
Üzərinə şüyüd, qoz və nar dənələri səpib servis edə bilərsiz.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz