Manqal Süfrəsi :Sobada Nar Kimi Qızaran Souslu Toyuq Qanadı Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Manqal dadında ,evde -sobada hazırlanan toyuq qanadları. Manqalda bişmiş kimi , dadına , qoxusuna doyum olmayan ,qonaqlarınızı qısqandıracaq bir resept.
Sobadan çıxan qoxunu,öz suyunda bişmiş qanadların buraxdığı ləzzəti artıq siz düşünün.
Toyuq qanadlarını bir neçə saat əvvəldən marinad etsəniz toyuq qanadlarının dadı daha da möhtəşəm olacaq. Marinad edən zaman istədiyiniz edviyyat və qurudulmuş tərəvəz ədviyyatları da əlavə edə bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
50 dəqiqəTərkibi:
1 kq toyuq qanadı4 xörək qaşığı günəbaxan yağı
4 xörək qaşığı süd
2 xörək qaşığı qatıq
1 çay qaşığı tomat pastası
1 çay qaşığı acı ketçup
2 diş sarımsaq
1/2 çay qaşığı üzüm sirkəsi
1/2 çay qaşığı bal
1 ədəd dəfnə yarpağı
1 çay qaşığı kəklikotu
1 çay qaşığı qara bibər toxumu
1 çay qaşığı duz
1 ədəd ətotu
Hazırlanma qaydası:
Sarımsağı sürtkəcdən keçirib böyük bir qabda günəbaxan yağı, süd, qatıq, tomat pastası,üzüm sirkəsi,acı ketçup və balı ilə qarışdırın.
Qızardılmış sarımsaq, dəfnə yarpağı, kəklikotu,qara bibər toxumları ,ətotu və duz əlavə edib bütün inqrediyentləri qarışdırın.
Hazırladığınız sous qarışığına toyuq qanadlarını batırıb soba qabına düzün.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada 45-50 dəqiqə bişirin. Qanadları sous və ədviyyatla isti halda servis edin.

Şərhlər 0
Şərh Yaz