Azərbaycancaaz
Mir.az » Resept » Sobada Holland Pendirli , Beşəməl Souslu Göbələk Qızarmışı Resepti

Sobada Holland Pendirli , Beşəməl Souslu Göbələk Qızarmışı Resepti

34
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Sobada Holland Pendirli , Beşəməl Souslu Göbələk Qızarmışı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Dəyərli qonaqlarınız üçün ən gözəl seçim bundan başqası ola bilməz. Göbələklərin beşəməl sousla birləşməsindən , üzərinə holland pendirinin əvəzolunmaz dadını gəldikdə ortaya möhtəşəm bir dad çıxır. Üstəlik sobada pendirin üzəri nar kimi qızarmış halda.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

400 qram göbələk
2 xörək qaşığı un
2 xörək qaşığı kərə yağı
3,5 - 4 stəkan süd
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot

Üzəri üçün:
1 stəkan holland pendiri

Hazırlanma qaydası:

Göbələkləri ortadan bölüb yağsız tavada suyu çıxana qədər bişirin.
Ayrı bir tavada kərə yağını əridib üzərinə unu əlavə edib xoş qoxu gələnə qədər qovurun.Daim qarışdıraraq az-az süd əlavə edin. Qatılaşmağa başlayanda sous hazırdır. 2,3 dəqiqə qaynadıb ocağı söndürün.
Sousu göbələk və ədviyyatlarla qarışdırıb soba qabına və ya güvəcə tökün.(Güvəc yeməyin dadını iki qat artırır).
Üzərinə holland pendirini sürtkəcdən keçirib tökün.Əvvəlcədən isidilmiş sobada 10 dəqiqə pendir əriyib qızılı rəng alana qədər bişirin.


NUŞ OLSUN ?

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz