Azərbaycancaaz
Mir.az » Resept » Qatıqlı Kahı Salatı Resepti

Qatıqlı Kahı Salatı Resepti

452
asan resept,asan yemək resept,sadə resept
70 calories, 7 grams fat
Qatıqlı Kahı Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Bu gün sizə yüngül, dadlı və əlbəttə ki, asan salat resepti təqdim edirik. İstər qonaqlarınıza gözəl bir salat təqdim etmək, istərsə də ac olduğunuz zaman tez özünüz üçün salat istiyirsizsə , bu salat sizin üçün ideal salatdır. Qatıqlı kahı salatı üçün sizi mətbəxə dəvət edirik.

NEÇƏ NƏFƏR ÜÇÜN

7 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

0 dəqiqə

Tərkibi:

2 ədəd toyuq budu
2 xörək qaşığı zeytun yağı
2 çay qaşığı kəklikotu
1 çay qaşığı qırmızı toz bibər
1 çay qaşığı duz
2 stəkan qatıq
2 xörək qaşığı mayonez
1/2 limon suyu
7-8 ədəd turşu xiyar
1/2 orta ölçü kahı
2 ədəd kök
3-4 xörək qaşığı konservləşdirilmiş qarğıdalı

Hazırlanma qaydası:

İlk öncə toyuğu zeytun yağında bişirin. Bişməyə yaxın ədviyyat və duz əlavə edin.
Ayrı bir qabda qatıq, mayonez və limon suyu əlavə edib qarışdırın. Doğranmış turşuları əlavə edib yenidən qarışdırın.
Sonra julyen ( uzun formada) formada doğradığınız kahını və kökü bir qaba qoyun. Üzərinə qarğıdalı əlavə edib qatıq qarışığını tökün.
Sonda toyuğu əlavə edib qarışdırın.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz