Azərbaycancaaz
Mir.az » Resept » Şəki Mətbəxindən : Küftəli Dovğa Resepti

Şəki Mətbəxindən : Küftəli Dovğa Resepti

38
asan resept,asan yemək resept,sadə resept
830 calories, 8 grams fat
Şəki Mətbəxindən : Küftəli Dovğa Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Şorba resepti.
Küftəli dovğa- dadlı, ləzzətli və özünəməxsus yeməkləri ilə seçilən Şəki mətbəxinin daha bir dadlı təamıdır. Sizdə dadlı ,ləzzətli küftəli dovğanı hazırlayıb qonaqlarınızı bir anlığına Şəkidə hiss etdirə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

1 balon qatıq
2 ədəd yumurta
1 xörək qaşığı un
60 qram düyü
1 xörək qaşığı mayonez
1 stəkan bişmiş noxud
2 dəstə keşniş
2 dəstə şüyüd
1 dəstə kəvər
1 dəstə nanə
1 dəstə dağ keşnişi
2 dəstə ispanaq
Bir neçə budaq tərxun

Küftəsi üçün:
200 qram yağsız mal əti
1 ədəd soğan
1 çay qaşığı duz
1 çay qaşığı istiot

Hazırlanma qaydası:

Küftəni hazırlamaq üçün qiymənin üzərinə soğan,duz, istiot əlavə edib qarışdırın. Hazırladığınız qiymədən əlinizi isladaraq kiçik küftələr hazırlayın.
Düyünü suda isladın.
Göyərtiləri yaxşıca yuyub ,suyunu süzün və xırda doğrayın.
Qazana qatıq, yumurta, un və mayonez əlavə edib tel çırpıcı, mikser və ya blenderlə yaxşıca çırpın. Üzərinə düyü və 1 litr qaynar su əlavə edib ocağa qoyub qaynayana qədər qarışdırın. Qaynayan dovğaya hazırladığınız küftələri əlavə edib 10 dəqiqə daha qaynadın.Doğradığınız göyərtini və noxudu da dovğaya əlavə edib qarışdırın. 2-3 dəqiqə bişdikdən sonra ocağı söndürün.
Ocaqdan götürdüyünüz dovğaya 10 dəqiqə sonra zövqə görə duz əlavə edib qarışdırın.
Küftəli dovğanı kasalara töküb süfrəyə verə bilərsiniz.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz