Azərbaycancaaz
Mir.az » Resept » Havalar Soyumuşkən : Əriştəli Küftəli Şorba Resepti

Havalar Soyumuşkən : Əriştəli Küftəli Şorba Resepti

357
asan resept,asan yemək resept,sadə resept
630 calories, 6 grams fat
Havalar Soyumuşkən : Əriştəli Küftəli Şorba Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şorba resepti.
Şorbalar süfrələrimizdə ən çox sevdiyimiz dadlardan biridir. Havalar soyuduğu bir vaxtda dadlı şorba hazırlamağa nə deyirsiz?

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:


    Şorba üçün:
  • 200 qram çəkilmiş mal əti
  • 1/2 çay qaşığı duz
  • 1/2 çay qaşığı qara istiot
  • 1/2 çay qaşığı qırmızı toz bibər
  • 1 çay fincanı əriştə
  • 1 ədəd kiçik ölçü soğan
  • 1 xörək qaşığı tomat pastası
  • 1/2 çay qaşığı nanə
  • 1 xörək qaşığı kərə yağı
  • 1xörək qaşığı zeytun yağı
  • 1-1,5 litr isti su
  • 1 çay qaşığı duz

  • Üzəri üçün:
  • 1 stəkan qatıq
  • 1 xörək qaşığı un
  • 1 xörək qaşığı zeytun yağı
  • 1 ədəd yumurta
  • 1 diş sarımsaq (sürtgəcdən keçilmiş )

Hazırlanma qaydası:

Əvvəlcə küftələr hazırlanır.
Çəkilmiş mal ətini duz və istiotla yoğurub balaca küftələr hazırlayın və bir az yağla tavada qızardın.
Ayrı bir tavaya yağ əlavə edin və xırda doğranmış soğanları qızardıb tomat pastası əlavə edin. Bir az qovurduqdan sonra üzərinə su ardı ilə nanə , əriştə və küftə əlavə edib bişirməyə buraxın.
Üzəri üçün lazım olan inqrediyentləri hamar bir tutarlılıq əldə olunana qədər bir qabda çalın.Sonra şorbanın suyundan 1-2 çömçə əlavə edib soyumağa buraxın.
Çürüməməsi üçün belə edin və şorbaya əlavə edib sürətlə qarışdırın.
Qaynamağa başlayanda duz əlavə edin və 10-15 dəqiqə daha qaynadın.
Daha sonra istəyə görə üzərinə qırmızı bibər tozu səpib isti halda süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz