Ağlınızı Başınızdan Alacaq Bir Yemək: Təzə Əncirli Pavlova Resepti
Yemək Haqqında:
Rusiya mətbəxindən Şirniyyat resepti.
Rusiyalı balerina Anna Matveyevna Pavlova həmişə getdiyi otelin aşpazından desert xahiş edir. İçində beze, krem və meyvələr olmasını istəyir. Onun sözünü yerə salmayan aşpaz bu deserti hazırlayır və Pavlova onu çox sevir. Aşpaz təbii ki,mədəni insandır və desertə Pavlova adını verməklə tarix yazır.
Bu dəfə tort kremi yerinə ağ şokolad sousundan və əncirdən istifadə etdik.
Sizdə məşhur deserti hazırlayın. Əminəm ki , çox bəyənəcəksiz.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
1 dəqiqəTərkibi:
- 8 ədəd yumurta ağı
- 1/2 stəkan şəkər tozu
- 1/4 çay qaşığı duz
Ağ şokolad sousu üçün: - 200 qram qaymaq
- 100 qram ağ şokolad
Pavlova üçün: - 8 ədəd əncir
- 1 ədəd portağal qabığı
Hazırlanma qaydası:
Merengi hazırlamaq üçün 8 yumurtanın ağını diqqətlə ayırıb,mikserlə köpüklənənə qədər çalın. Duz və şəkər tozunu əlavə edib həcmi iki dəfə artana qədər çalın.
Sobanı 100 dərəcəyə qədər qızdırın.
Soba qabına yağlı kağız sərib hazırlanmış bezeni sıxma torbasına qoyun.
Ortadan başlayaraq dairə şəklində get-gedə böyüdərək soba qabına sıxın.
Sobanın qapağını açmadan rəngsiz beze bişirin.
Ağ şokolad sousunu hazırlamaq üçün qaymağı isidin.
Kənarları qaynamağa başlayanda ocaqdan götürüb ağ şokoladı içərisinə atıb əridin.
Pavlovanın hazırlanması:
Bişmiş bezelərin soyumasını və bərkiməsini gözləyin.
Təzə ənciri 4 hissəyə bölün.
Beze üzərinə ağ şokolad sousunu və ənciri əlavə edin üzərinə portağal qabığı səpib servis edə bilərsiz.
NUŞ OLSUN ?

Şərhlər 0
Şərh Yaz